Gürcü dili bilənlərin nəzərinə

gurcu-dili-bilenlerin-nezerine
Oxunma sayı: 1901

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

“Qafqazinfo” xəbər evrir ki, maraqlanan şəxslər CV formasını 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

* gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi;

* gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası;

* test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi.

Əlavə məlumatı DİM-in saytından ala bilərsiniz.