Gürcü iş adamı Azərbaycandan imtina etdi

gurcu-is-adami-azerbaycandan-imtina-etdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Fadi Asli Azərbaycanla bütün danışıqların dayandırıldığını deyib. O bildirib ki, artıq Azərbaycanda bizneslə məşğul olmaq niyyəti yoxdur. Fadi Aslinin sözlərinə görə, o, hazırkı mərhələdə bütün diqqətini Türkiyə və İraq bazarlarına cəmləyib.

Qeyd edək ki, biznesmen Gürcüstandan Azərbaycana banan və toyuq məhsulları ixrac edirdi. Aslinin sözlərinə görə, Azərbaycanda gürcü kompaniyası ilə problemlər yarandı, halbuki azərbaycanlı biznesmenlər üçün gürcü bazarlarına çıxmaq üçün belə bir problemlər yaranmırdı. Azərbaycan bazarının bağlanması səbəbindən ərəb əsilli biznesmen 150 min dollar zərərə uğradığını bildirib.


Səidə