“Gürcü mafiyası”na qarşı əməliyyat - 14 nəfər saxlanıldı

gurcu-mafiyasina-qarsi-emeliyyat
Oxunma sayı: 1493

Yunanıstanın Salonik şəhərində yerli və fransız polislər “gürcü mafiyası” adlandırılan beynəlxalq cinayətkar qrupa qarşı birgə əməliyyat keçiriblər. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Voria” portalı məlumat yayıb.

Məlumata əsasən, genişmiqyaslı əməliyyatlar eyni zamanda Avropanın bir neçə şəhərində keçirilir. Salonikidə isə artıq 14 nəfər saxlanılıb.

Cinayətkar qruplaşmanın Avropanın müxtəlif bölgələrində evlərdən oğurluq etdiyi vurğulanıb.