Gürcü nazir Məmmədyarova nə dedi?

gurcu-nazir-memmedyarova-ne-dedi
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Tiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan strateji partnyordurlar və möhkəm təməli olan münasibətlər əsasında iki ölkə arasında əlaqələr daha da irəliləyib.

Gürcüstanda səfəri çərçivəsində Məmmədyarov həmçinin Gürcüstan parlamentinin sədri David Bakradze ilə də görüşüb. Görüşdə Məmmədyarov bildirib ki, güclü, müvəffəqiyyətli və müstəqil Gürcüstan Azərbaycanın milli təhlükəsizliyinin bir hissəsidir. Onun sözlərinə görə, məhz belə Gürcüstan Azərbaycanın xeyrinədir. XİN başçısı Bakradzeylə görüşün nəticələrindən məmnun qaldığını və ikitərəfli əlaqələrin bütün spektrini müzakirə etdiklərini deyib.

Bakradze öz növbəsində görüşün gedişatında həm siyasi, həm də iqtisadi məsələləri müzakirə etdiklərini bildirib. Parlament sədri Gürcüstanla Azərbaycan əlaqələrinin ildən-ilə daha da artdığını söyləyib. O qeyd edib ki, iki ölkə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, habelə, enerji sahəsində uğurla əməkdaşlıq edir.

Qeyd edək ki, Məmmədyarovun bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü gözlənilir.

Nərgiz Ehlamqızı