Gürcü naziri azərbaycanlılarla görüşüb

gurcu-naziri-azerbaycanlilarla-gorusub
Oxunma sayı: 639

Görüş iştirakçıları milli azlıqların inteqrasiyası, onların müxtəlif strukturlarda işlə təmin olunmaları, Tbilisidəki Azərbaycan teatrının vəziyyəti, mədəni və dini abidələrə diqqət, gender bərabərliyi, təhsil sahəsində problemlər və digər məsələlər barədə nazirə ətraflı məlumat veriblər.

QHT nümayəndələri əmin olduqlarını bildirmişlər ki, nazirlə ilk görüş gələcək əməkdaşlığın əsasına çevriləcək və mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlər görüləcək.
P.Zakareişvili açıq söhbətə və səmərəli təkliflərə görə görüş iştirakçılarına təşəkkür etmiş, mülki cəmiyyətlə əməkdaşlığın səmərəli təşkilinin və milli azlıqların inteqrasiyası sahəsində məqsədyönlü fəaliyyətin hökumətin fəaliyyətində prioritet olduğunu bildirib.

Paata Zakareişvili deyib ki, açıq söhbət zamanı qaldırılan məsələlər gələcək fəaliyyət proqramında öz əksini tapacaq. O əsaslı dəyişikliklərin baş verməsinə kömək edəcək belə görüşlərin müntəzəm xarakter daşıyacağını qeyd edib.

Gürcüstan parlamentinin deputatı Əli Məmmədov görüşün hər iki tərəf üçün faydalı olacağını deyib. Bildirilib ki, uzun illər yığılıb qalmış problemlər barədə nazirin bilavasitə əhalidən məlumat alması həmin problemlərin tezliklə həll edilməsinə imkan yaradacaq. O, əmin olduğunu bildirib ki, qaldırılan məsələlərlə bağlı lazımi tədbirlər görüləcək və Gürcüstan azərbaycanlılarının problemləri tədricən öz həllini tapacaq.