Gürcü patriarxına ad günü hədiyyəsi

gurcu-patriarxina-ad-gunu-hediyyesi
Oxunma sayı: 654

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Gürcüstan bürosunun məlumatına görə, bu gün Gürcüstan paytaxtı Tiflisdə II İlyanın şərəfinə bir sıra silsilə tədbirlər keçirilib və axşam Gürcüstanın ali dini liderinin 80 illik yubileyinə həsr olunan böyük konsert baş tutub. Tədbir “İavnana” Fondunun təşkilatçılığı ilə Gürcüstan Dövlət Filarmoniyasında keçirilib.

Gürcüstanın patriarxı, katolikos II İlyanın 80 illik yubileyində Gürcüstanın baş naziri Bidzina İvanişvili, parlamentin sədri David Usupaşvili və digər rəsmi şəxslər iştirak edib.

Xatırladaq ki, konsertə Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. QMİ sədri Gürcüstanın patriarxı, katolikos II İlyanın anadan olmasının 80 illik yubileyi münasibəti ilə təşkil olunan konsertdə Şeyxülislam ordenini Gürcüstanın patriarxı II İlyaya təqdim edib.