Gürcüstan Aİ-nın etibarlı tərəfdaşıdır

gurcustan-ai-nin-etibarli-terefdasidir
Oxunma sayı: 770

“Gürcüstan Avropa İttifaqının etibarlı və nümunəvi tərəfdaşıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüş zamanı söyləyib.

“Gürcüstan “Şərq Tərəfdaşlığı” proqramının inkişafında mühüm rol oynayır”-, deyə Tusk vurğulayıb. 

Tərəflərin görüşü zamanı Gürcüstan və Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.