Gürcüstan-Azərbaycan sərhəddində 5 kilometrlik tıxac

gurcustan-azerbaycan-serheddinde-5-kilometrlik-tixac
Oxunma sayı: 1632




ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əsasən də Gürcüstan ərazisindən Azərbaycana kecid zamanı uzun tıxaclar yaranır. 

Verilən məlumata görə, hazırda məntəqədə 5 kilometr məsafədə tıxac yaranıb. Sürücülər yaranan vəziyyətdən narahat olduqlarını ifadə ediblər: "Artıq 3 gündür ki, axşam saatlarina Gömrük postuna yaxinlaşsaq da, növbədə 10 -12 saata qədər gözlədikdən sonra Azərbaycan tərəfə kecə bilirik".

Sürücülər, bu vəziyyətin əsasən şənbə, bazar və bayram günlərində daha da acinacaqlı olduğunu deyirlər. 

Sərhəd Buraxılış Məntəqəsindən isə bununla bağlı hec bir məlumat verilmir. Gürcüstan Gömrük İdarəsi isə problemin Azərbaycan tərəfdə olduğu bildirib.