Gürcüstan-Azərbaycan sərhədində polis güllələnib

gurcustan-azerbaycan-serhedinde-polis-gullelenib
Oxunma sayı: 2578

Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda Gürcüstanın sərhədçi polisinin meyiti aşkarlanıb.

“Qafqazinfo” “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, meyitə baxış keçirilərkən polisin aldığı güllə yarasında ölüdüyü müəyyənləşib.

Hadisə Gürcüstanın Laqodexski rayonunda qeydə alınıb.

Gürcüstan Baş Prokurorluğunda faktla əlaqədar “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi qaldırılıb.