Gürcüstan Azərbaycandakı keçmiş səfirini Ukraynaya göndərə bilər

gurcustan-azerbaycandaki-kecmis-sefirini-ukraynaya-gondere-biler
Oxunma sayı: 647

Gürcüstan Ukraynadakı səfiri Qelu Dumbadzeni geri çağırıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilib. Qeyd edilib ki, Dumbadze başqa vəzifəyə təyin olunacağı üçün geri çağrılıb.

Hazırda onun yerinə təyinatı gözlənilən namizədlər keçmiş səfir Qriqol Katamadze və 2011-2018-ci illərdə Gürcüstanın Azərbaycandakı səfiri olmuş Teymuraz Şaraşenidzedir.