Gürcüstan “Ded Həsən”i qəbul etmədi

gurcustan-ded-heseni-qebul-etmedi
Oxunma sayı: 651

Musavat.com-un Life News-a istinadən verdiyi məlumata görə, Aslan Usoyanın Moskvada dəfn edilməsindən başqa yol qalmayıb. “Ded Xasan”ın cəsədi Gürcüstana xüsusi təyyarə reysi ilə aparılmalıydı. Təyyarə Moskvanın Vnukovo-3 hava limanından havaya qalxıb və Donetskdə planlı eniş edib. Orada gömrükçülər təyyarəyə növbəti dəfə baxış keçiriblər.

Hava limanının texniki xidməti təyyarəyə yanacaq vurublar. Sonradan cənazə Tiflisə aparılmalı olsa da, Gürcüstan tərəfi göyərtəsində 29 nəfərin olduğu təyyarənin qəbulundan imtina edib və təyyarə yenidən Donetskə qayıdıb. Hazırda Moskvaya uçuş variantı nəzərdən keçirilir.

Xatırladaq ki, 75 yaşlı “Ded Xasan” yanvarın 16-də Moskvada güllələnib.