“Gürcüstan əsilli soydaşlarımızın miqrasiya problemləri”

gurcustan-esilli-soydaslarimizin-miqrasiya-problemleri
Oxunma sayı: 664

“Qafqazinfo” xəbər verir ki, tədbirdə müxtəlif qeyri hökumət təşkilatların nümayəndələri, ziyalılar, gənclər və başqa şəxslər iştirak edib. BAO başqanı Zahir Əlisoy çıxışında Gürcüstandakı soydaşlarımızın problemlərindən danışıb. Hələ də Gürcüstan türklərinin problemlərinin həll olunmadığını, Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrində problemlərin hələ də qaldığını qeyd edib: “Sərhəd keçid məntəqələrində gərginlik hələ də davam edir. Minlərlə insan cərimələnib. Cəriməni ödəməyə iqtisadi vəziyyətləri imkan vermir. Azərbaycan hökuməti isə heç bir güzəşt etmək istəmir”. O, Qamsaxurdiya dövründə 37 min adamın deportasiya olunduğunu və hələ də heç bir statusa malik olmadıqlarını, qarışıq ailələrin vətəndaşlıq məsələlərinin hələ də qaldığını, əmək vizasının 1200 manat olması, Azərbaycanda hərbi xidmət keçən, Qarabağ döyüşlərində iştirak edənlərin də vətəndaşlıq ala bilməməsindən danışıb.

Daha sonra professor Hidayət Nuriyev, Gürcütsan-Azərbaycan əlaqələr Cəmiyyətinin sədri Əli Xəlilli, tədqiqatçı alim Asəf Ozan, zərərçəkən Şahin Novruzov, professor Niyazi Mursaqulov və başqaları mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Müzakirələrdə aşağıdakı təkliflər səsləndi.

1. Gürcüstanın türklər yaşayan bölgələrinə sərmayə qoyulsun.

2. Gürcüstanda soydaşlarımızın milli təhsil alması üçün müvafiq ali təhsil ocağı açılsın.

3. Gürcüstanda ana dilli məktəblər dərsliklərlə təmin edilsin.

4. Azərbaycanda güzəştli şərtlərlə pedoqoji kadrlar hazırlanaraq Gürcüstandakı milli məktəblərə göndərilsin

5. Azərbaycana gələn Gürcüstanlı soydaşlarımız kömrükdə və ya poçt məntəqələrində bir illik qeydiyyata alınsın.

6. Cərimələrin məbləği 50 manata endirilsin

7. Qamsaxurdiya dövründə Gürcüstan dövlətindən deportasiya olunanların statusu müəyyənləşdirilsin.

8. Qarabağ müharibəsində iştirak edən və Azərbaycan ordusunda hərbi xidmət keçənlərə Azərbaycan vətəndaşlığı verilsin.

9. Gürgüstanlı soydaşlarımızın problemləri ilə bağlı Beynəlxalq konfrans keçirilsin.

Sonda QHT və ziyalılardan ibarət işçi qrup yaradılıb.