Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran Azərbaycan olub

gurcustan-iqtisadiyyatina-en-cox-investisiya-yatiran-azerbaycan-olub
Oxunma sayı: 1971

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb. Bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr sırasında birinci yerdədir.

İkinci ən çox investisiya yatıran ölkə Hollandiya (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.