Gürcüstan müxalifəti birləşdi

gurcustan-muxalifeti-birlesdi
Oxunma sayı: 1818

Gürcüstanda keçirilən prezident seçkilərində güclü namizəd hesab edilən David Bakradze məğlub olduğunu etiraf edib. 

“Qafqazinfo” xəbər verir ki, “Avropa Gürcüstanı” partiyasının namizədi səsvermənin ilkin mərhələsində cəmi 10% səs toplaya bilib. O, məğlubiyyəti qəbul edərək ikinci turda seçiciləri  "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadzeyə səs verməyə çağırıb: “Öz tərəfdarlarıma səslənirəm və onları növbəti turda Vaşadezni dəstəkləməyə çağırıram”.  

Xatırladaq ki, oktyabrın 28-i baş tutan prezident seçkilərində ilkin hesablamalara əsasən, Salome Zurabişvili - 38,66% , Qriqol Vaşadze - 37,7% David Bakradze  isə 10,97% səs toplayıb. Ölkə yeni liderini ikinci turda seçəcək.

Aysel Kərimova