Gürcüstan patriarxının ibadət zamanı halı pisləşdi

gurcustan-patriarxinin-ibadet-zamani-hali-pislesdi
Oxunma sayı: 827

Gürcüstan patriarxı II İlyanın Müqəddəs Sameba kilsəsində ibadət zamanı halı pisləşib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, patriarx ibadəti sona qədər yerinə yetirə bilməyib.

II İlya tibbi yardımın göstərilməsi üçün kilsədən çıxarılıb.

Patriarxın səhhətinin pisləşməsi təzyiqi ilə bağlı olub. Onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Həkim nəzarətində olan II İlyanın həyatına təhlükə olmadığı bildirilir.