Gürcüstan prezidenti aksiya ilə bağlı bəyanat yaydı - “Moskvanın planlarıdır”

gurcustan-prezidenti-aksiya-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 1879

 Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki vəziyyətlə bağlı rəsmi bəyanat yayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, gürcü prezident paytaxtda baş verənləri “Moskvanın planları” adlandırıb.

Zurabişvili, həmçinin, Mixail Saakaşvilinin polisi xalqın tərəfində durmağa çağırmasına da münasibət bildirib. O deyib ki, başqa ölkənin vətəndaşı xarici dövlətin xalqını itaətsizliyə çağıra bilməz. Zurabişvili müxalifəti insanları zorakılığa təhrik edən destruktiv qüvvələr adlandıraraq dövlətin də əsas vəzifəsinin ölkədə nizam-intizamı təmin etmək və qayda pozuntularına cavab vermək olduğunu bildirib.

Qeyd edək ki, Tbilisidə parlament binası önündə müxalifət rusiyalı nümayəndə heyətinin Parlamentlərarası Pravoslavlıq Assambleyasına buraxılmasına etiraz olaraq aksiya keçirir.