Gürcüstan prezidenti azərbaycanlı məhbusları əfv etdi

gurcustan-prezidenti-azerbaycanli-mehbuslari-efv-etdi
Oxunma sayı: 1774

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. 

“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, fərman barədə danışan Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, əfv olunanlardan 141-i bu gün həbsxanaları tərk edəcək. Fərmanla 85 nəfərin isə cəzası yüngülləşdirilib.

Onun sözlərinə görə, əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da var.