Gürcüstan prezidenti azərbaycanlı məhbusları əfv etdi

Gürcüstan prezidenti azərbaycanlı məhbusları əfv etdi
Oxunma sayı: 947

Dekabrın 27-də Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili 187 məhbusu əfv edib. Onlardan 3-ü azyaşlı, 12-si qadındır.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, əfv olunanlar arasında 3 nəfər Azərbaycan vətəndaşı da var.

Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, Prezidentin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq. Digər iki nəfərin isə cəzası azaldılıb.

Z.Koridzenin sözlərinə görə, komissiyada ümumilikdə 1182 müraciətə baxılıb. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi