Gürcüstan prezidenti azərbaycanlıların Novruz şənliyinə qatıldı

gurcustan-prezidenti-azerbaycanlilarin-novruz-senliyine-qatildi
Oxunma sayı: 1005

Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz bayram qeyd olunub.

QafqazinfoModern.az-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili də azərbaycanlıları təbrik etmək üçün Marneuliyə gəlib. Şənliklərdə iştirak edən ölkə başçısı Novruz adət-ənənələri ilə tanış olub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov prezidentə Novruz bayramının özəllikləri barədə məlumat verib. Gürcüstanın dövlət və hökumət başçıları samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar. Prezident və Baş nazir idmançıların çıxışlarını da izləyiblər.

Georgi Marqvelaşvili çıxış edərək Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb: “Mən Azərbaycan xalqını salamlayıram və təbrik edirəm. Bu çox böyük bayramdır. İnanıram ki, Azərbaycan və gürcü xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək”.

Prezident Gürcüstanın, o cümlədən Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.