Gürcüstan Prezidenti “Tufan”Dağ Kompleksində olub

gurcustan-prezidenti-tufandag-kompleksinde-olub
Oxunma sayı: 1571


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Gürcüstan dövlətinin başçısına məlumat verilib ki, kompleksin inşasının birinci mərhələsi ötən ay başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub. 

Sonra Gürcüstan Prezidenti “Riverside” kanat xəttinin aşağı stansiyasında olub, orada yaradılmış şəraitlə maraqlanıb.

Daha sonra Prezident Georgi Marqvelaşvili kanat xətti ilə gəzintiyə çıxıb.

Qəbələyə səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonuna yola düşüb.