Gürcüstan prezidenti xəstəxanalıq olan etirazçılara baş çəkdi - Foto

gurcustan-prezidenti-xestexanaliq-olan-etirazcilara-bas-cekdi
Oxunma sayı: 1377

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin mərkəzində keçirilən etiraz aksiyası zamanı xəsarət alan vətəndaşlara xəstəxanada baş çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Dövlət başçısı Qoça İnqorokva adına Yüksək Texnologiyalı Universitet Klinikasında müalicə alan şəxslərin vəziyyəti ilə maraqlanıb.

Tbilisidəki baş verən hadisələrə görə Zurabişvili Belarus səfərini də təxirə salıb. O, Minskdə II Avropa Oyunlarının açılış mərasimində fəxri qonaq qismində iştirak etməli imiş.