Gürcüstan prezidentinin oğlu Yelisey sarayında vəzifəyə gətirildi

gurcustan-prezidentinin-oglu-yelisey-sarayinda-vezifeye-getirildi
Oxunma sayı: 3401

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransanın prezident administrasiyasında işə düzəlib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Qorcestani Yelisey sarayının diplomatik şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlayıb. O, Asiya, Şimali və Latın Amerikası ölkələri ilə bağlı məsələləri həll edəcək.

Qeyd edək ki, Teymuraz daha əvvəl Nyu-Yorkda BMT-nin fransız missiyası üzrə çalışıb. O, son illər Fransanın Londondakı səfirliyində işləyib.