Gürcüstan rəsmisi Bakıda

gurcustan-resmisi-bakida-
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu, o cümlədən hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işinin intensiv şəkildə davam etdirildiyi, bir sıra iri beynəlxalq layihələrdə hökumətlərimizin müştərək fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi rolu var.

Ölkəmizə səfərindən məmnunluq ifadə edən Fridon Todua son illərdə müstəqil Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini qeyd etdi və paytaxt Bakıda genişmiqyaslı quruculuq işlərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb.

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda da olublar. Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən qonaqlar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.

F.Todua Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Qonaqlar xatirə şəkli çəkdirib və Fonddan zəngin təəssüratla ayrılıblar.