Gürcüstan Rusiyanı dəstəkləmədi

gurcustan-rusiyani-desteklemedi
Oxunma sayı: 1499

Gürcüstanın Xarici işlər naziri David Zalkaliani Rusiyanın AŞPA-ya qayıtmasını şərh edib.

“Qafqazinfo” “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, nazir bildirib ki, AŞPA-nın Rusiyaya dair qərarı “kədərlidir”.

D. Zalkaliani Gürcüstanın sözügedən qərarı dəstəkləmədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın tam tərkibdə AŞPA-ya qayıtmasını Azərbaycan, Türkiyə, Fransa, İspaniya, İtaliya, Norveç, Avstriya, Slovakiya, Portuqaliya və Serbiya dəstəkləyib.