Gürcüstan Rusiyaya nota verdi

gurcustan-rusiyaya-nota-verdi
Oxunma sayı: 2520


“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maya Pandjikidze bəyanat verib. XİN Putini Gürcüstanın dövlət sərhədlərini pozmaqda ittiham edib:

O bildirib ki, Putinin Abxaziyaya səfəri növbəti təxribatdır və bununla bağlı İsveçrə vasitəsilə Rusiyaya etiraz notası göndərilib. 

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Abxaziyada səfərdə olub və separatçı rejimin lideri Aleksandr Ankvabovla görüşüb. Putinin səfəri Rusiyanın bu ölkənin işğal altında olan reginlarının müstəqilliyini tanımasının 5-ci ildönümü ilə bağlı olub.