Gürcüstan seçkilərin ikinci turuna 5 dəfə az vəsait ayırdı

gurcustan-seckilerin-ikinci-turuna-5-defe-az-vesait-ayirdi
Oxunma sayı: 1240

Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçirilməsi üçün büdcədən 10,6 milyon lari (3,9 milyon dollar) vəsait ayrılıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu məbləğin 62,3 min dolları namizədlərin hazırlığına, 142 min dolları seçki subyektlərinin nümayəndələrinin maliyyələşdirilməsinə sərf ediləcək. 

Xatırladaq ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin ilk turuna 42,6 milyon lari (15,9 milyon dollar) vəsait ayrılmışdı.