Gürcüstan tərəfi müraciət etdi, FHN axtarışlara başladı

gurcustan-terefi-muraciet-etdi-fhn-axtarislara-basladi
Oxunma sayı: 1224

Fevralın 28-də Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Agentliyindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məktubda Marneuli rayonunun İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Osmanovun (Gürcüstan vətəndaşı) fevralın 25-də naməlum şəraitdə itkin düşdüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Osmanova məxsus avtomobil Kür çayının yaxınlığında tapıldığı üçün Gürcüstan xilasediciləri tərəfindən çayda axtarışlar aparılır.

Müraciətə əsasən, martın 1-də səhər saatlarında mazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində axtarışlara cəlb olunub.