Gürcüstan vətəndaşı olmaq üçün Batumidə ev alır

gurcustan-vetendasi-olmaq-ucun-batumide-ev-alir
Oxunma sayı: 3246

Xəbər verdiyimiz kimi, Rusiyanın əməkdar artisti Valeri Meladze Gürcüstan vətəndaşı olmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, rus KİV-ləri yazır ki, 53 yaşlı müğənni avqustun 15-də Gürcüstanda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edilməsindən yararlanmaq qərarına gəlib. 

Vətəndaş olmaq üçün sadələşdirilmiş sxemə əsasən, dövlət xəzinəsinə 300 min avro pul vermək və yaxud, eyni məbləğdə daşınmaz əmlaka yatırım etmək lazımdır. 

Əməkdar artist övladlarının və özünün Gürcüstan vətəndaşı olmaq üçün mənzil almaq qərarına gəlib. O, bunun üçün bir neçə gündür doğulduğu Batumi şəhərindədir. 

Qərarı şərh edən Meladze Gürcüstanda böyüdüyünü, doğma ölkəsinin vətəndaşı olmaq istədiyini bilirib. 

Müğənninin sözlərinə görə, o, ikili vətəndaş olmaq istəyir, yəni ifaçının Rusiya vətəndaşlığından imtina etmək fikri yoxdur.