Gürcüstan vətəndaşı piyadanı vurub öldürdü

gurcustan-vetendasi-piyadani-vurub-oldurdu
Oxunma sayı: 779

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi “Volvo” markalı avtomobil yolu keçmək istəyən təxminən 50 yaşlarında olan piyadanı vuraraq öldürüb.

Qəzanı törədən sürücü saxlanılıb. Ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Elmar Əli