Gürcüstana gedənlərin sayında ciddi artım

Gürcüstana gedənlərin sayında ciddi artım
Oxunma sayı: 17

Bu ilin aprel ayında 510 min 594 nəfər xarici ölkə vətəndaşı Gürcüstana səfər edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan Milli Turizm Administrasiyasından verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Aprel ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında azərbaycanlılar ikinci yerdədirlər. Ötən ay Gürcüstana gələn azərbaycanlıların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1,7 milyon nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Ötən ilin dördüncü rübünün yekunlarına görə, Gürcüstan xarici turizmdən 491 milyon dollar gəlir əldə edib. Bu da 2015-ci ilin eyni dövrünün göstəricisindən 54 milyon dollar çoxdur.

Ümumilikdə isə ötən il Gürcüstan turizmdən 2,2 milyard dollar gəlir əldə edib. Ümumi daxili məhsulda turizmin payı 7,1 faiz olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi