Gürcüstanda 39 nəfər prezidentliyə namizəd olmaq istəyir

gurcustanda-39-nefer-prezidentliye-namized-olmaq-isteyir
Oxunma sayı: 1135

Gürcüstanda hazırda 39 nəfər prezidentliyə namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, sabah ərizələrin qəbulu üçün son gündür. 

Onlardan 20-sinin namizədliyi təşəbbüs qrupu, 19-nun isə siyasi partiyalar tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, namizədlərə dəstək imzaları MSK-ya seçki gününə azı 40 gün qalmış təqdim edilməlidir. Bu günə qədər cəmi dörd namizəd bütün qeydiyyatdan keçə bilib. Onlardan biri də Mixail Saakaşvilidir.