Gürcüstanda 54 Azərbaycan vətəndaşı həbs cəzası çəkir

gurcustanda-54-azerbaycan-vetendasi-hebs-cezasi-cekir
Oxunma sayı: 636

Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur.
 
Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır.
 
Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.
 
Gürcüstanda həbs cəzası çəkən xarici vətəndaşlar arasında Türkiyə vətəndaşları birinci yerdədir. Gürcüstanda cəzaçəkmə müəssisələrində 104 Türkiyə vətəndaşı var. İkinci yerdə Rusiya vətəndaşlarıdır (55 nəfər). Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı isə 28-dir.