Gürcüstanda Azərbaycan vətəndaşı heroinlə tutuldu

gurcustanda-azerbaycan-vetendasi-heroinle-tutuldu
Oxunma sayı: 1176

Gürcüstanda İran və Azərbaycan vətəndaşları narkotik maddə ilə saxlanılıblar.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Tbilisi və Rustavi şəhərlərində keçirilən əməliyyatlar zamanı 24 yaşlı İran vətəndaşından 10 ədəd qablaşdırmada yarım kiloqramdan çox, Azərbaycan vətəndaşından isə 700 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılanlar barədə narkotik maddələrin qanunsuz əldə olunması və saxlanılması maddəsi üzrə cinayət işi açılıb.

Onları 8 ildən 20 ilədək həbs gözləyir.