Gürcüstanda Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailə faciə qurbanı oldu

gurcustanda-azerbaycan-xalcaciligini-teblig-eden-amerikali-aile-facie-qurbani-oldu
Oxunma sayı: 6273

Gürcüstanın Duşeti bölgəsində ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin meyitləri tapılıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, Duşetiyə ailəvi istirahətə yollanmış cütlük qəfil sürüşmə və daşqın səbəbindən həyatlarını itiriblər.

R.Smit və ailəsinin itkin düşməsi barədə məlumat iyulun 6-da “112” xidmətinə daxil olub.

Xilasetmə işləri zamanı R. Smitin həyat yoldaşının meyiti ötən gün, onun özünün meyiti isə bu gün Xevi kəndində şəlalə yaxınlığında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Cütlüyün 4 yaşlı oğlunun meyitinin axtarışları sabah səhər davam etdiriləcək.

Qeyd edək ki, R. Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R. Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib.