Gürcüstanda azərbaycanlı işgəncədən öldü

gurcustanda-azerbaycanli-isgenceden-oldu
Oxunma sayı: 637

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisədən keçən iki ay ərzində bədənində ağrılar hiss edən Yasin Şirinov qəflətən vəfat edib.
Qohumların və yaxınlarının söylədiyinə görə, işgəncəyə məruz qaldığı zaman Y. Şirinovun daxili orqanları zədələnib.

Xatırladaq ki, Yasin Şirinovun ailəsi, o cümlədən onun həyat yoldaşı Nargül Şirinova, oğlu Azər Şirinov və gəlini Xəyalə Şirinova, eyni zamanda iki kiçik yaşlı uşaqları işgəncələrə məruz qalıblar. Ötən ilin oktyabrın 21-dən 22-nə keçən gecə 5 nəfər silahlı dəstədən ibarət naməlum şəxslər Şirinovlar ailəsinə hücum ediblər. Hücuma məruz qalan ailənin bütün üzvlərinə işgəncə, əzab-əziyyət verilib, Yasin və oğlu Azər Şirinovu döyüb, dişlərini sındırıblar, avtomatın qundağı ilə dəfələrlə zərbələr vurublar.