Gürcüstanda azərbaycanlı qaçaqmalçılar saxlanılıb

gurcustanda-azerbaycanli-qacaqmalcilar-saxlanilib
Oxunma sayı: 1115

Gürcüstanın Türkiyə ilə sərhəddə yerləşən “Karsaxi” gömrük-buraxılış məntəqəsində polis əməkdaşları 49 və 36 yaşlarında olan iki Azərbaycan vətəndaşını həbs edib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər qanunsuz yolla Gürcüstan sərhədindən iri partiyada narkotik vasitələr keçirməyə cəhd edib.

Türkiyədən Gürcüstan ərazisinə daxil olan avtomobilin salonunun gizli yerində 1400 ədəd “Suboksin” həbi aşkarlanıb.

Qanun pozuntusu ilə bağlı cinayət işi açılıb. Məhkəmədə təqsirləri sübuta yetiriləcəyi təqdirdə narkotik vasitə keçirməyə cəhd etmiş həmin şəxsləri 15 ildən 20 ilə qədər həbs cəzası və ya qeyri-müəyyən müddətə təcrid etmə cəzası gözləyir.