Gürcüstanda azərbaycanlı tələbənin meyiti tapılıb - Foto

gurcustanda-azerbaycanli-telebenin-meyiti-tapilib
Oxunma sayı: 6503

Bir neçə gündür ki, Gürcüstanın Tiflis şəhərində itkin düşməsi barədə məlumat yayılan azərbaycanlı tələbə Tağı İsgəndərovun dünyasını dəyişdiyi məlum olub.

Bu barədə “Qafqazinfo” ya gənc oğlanın yaxınları məlumat  verib.

Xatırladaq ki, mayın 21-də tələbənin yaxınları “Qafqazinfo”ya müraciət edərək onun itkin düşdüyünü, sonuncu dəfə şəhərdəki kazinoların birinə daxil olması haqqında məlumatları olduğunu bildirmişdilər. 

Valideynlər isə Gürcüstan polisinin axtarışlara etinasız yanaşmasından gileylənmişdi.

Qeyd edək ki, T. İsgəndərov Tiflisdə universitetlərdən birinin II kurs tələbəsidir.