Gürcüstanda baş nazir postuna 36 yaşlı namizəd

gurcustanda-bas-nazir-postuna-36-yasli-namized
Oxunma sayı: 1949

Gürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin prezidentlə fikir ayrılığı səbəbindən istefa verməsindən sonra bu posta yeni namizəd göstərilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, iqtidardakı “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası yeni baş nazir namizədinin müəyyənləşməsi üçün iclas keçirib.

İclasda 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyi təsdiqlənib.

Baxtadze Gürcüstanın Avro-Atlantik zonasına inteqrasiya prosesinin sürətləndirilməsi, faydalı iqtisadi addımları atılması və təhsil dəstək verilməsi üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən baş nazir istefasından sonra 1 həftə ərzində yeni namizəd və nazirlər kabinetinin yeni tərkibinin siyahısı prezidentə təqdim edilməlidir.