Gürcüstanda bazarda kütləvi dava - 4 azərbaycanlı yaralandı

gurcustanda-bazarda-kutlevi-dava
Oxunma sayı: 2895

Gürcüstanın Telavi rayonunda bazarda dava düşüb.

“Qafqazinfo” “Rustavi 2”yə istinadən xəbər verir ki, 6 nəfər Vardisubani kənd sakini Qaracala kənd sakini olan azərbaycanlılara hücum ediblər.

Odlu silahın istifadə edildiyi davada 3 azərbaycanlı yaralanıb. 14 yaşlı bir yeniyetmə isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar dərhal rayon mərkəzindəki xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, dava bazarda mal-qaranın saxlanıldığı yer üstündə düşüb. Belə ki, 1 həftə öncə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazarda onların yerindən çıxarılmasını tələb ediblər. Tələbə əməl olunmadığı üçün məsələni bu formada həll etmək qərarına gəliblər.

Qeyd edək ki, faktla bağlı cinayət açılıb, araşdırma aparılır.