Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 18-ə çatdı

gurcustanda-donuz-qripinden-olenlerin-sayi-18-e-catdi
Oxunma sayı: 1053

Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı 18-ə çatıb.

“Qafqazinfo” Gürcüstanın “Birinci kanal”ına istinadən xəbər verir ki, 41 yaşlı kişi Zuqdidi şəhər xəstəxanasında virusdan dünyasını dəyişib.  

Həkimlərin sözlərinə görə, ikitərəfli pnevmoniya diaqnozu qoyulan kişi yanvarın 10-da xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edilir ki, hazırda Zuqdidi xəstəxanasında 26 nəfər qrip diaqnozundan müalicə alır.