“Gürcüstanda futbolçu nazir olur, bizdə isə...”

gurcustanda-futbolcu-nazir-olur-bizde-ise
Oxunma sayı: 636

Bu suala cavab tapmaq üçün tanınmış idman telejurnalisti Emin Abbasova müraciət etdik. “Qafqazinfo”ya açıqlamasında telejurnalist bildirib ki, futbolçuların əksəriyyətində pul olsa da, ağıl yoxdur:

“Futbolçular mütaliə etmirlər, heç bir sosial layihələrə qatılmırlar. Bütün günü istirahət mərkəzlərində əylənməklə vaxt keçirirlər. Beləcə, karyera sona çatır, daha gəlir yeri olmur və heç kimə lazım olmayan insanlara çevrilirlər. Yalnız öz üzərində işləyən az sayda qismi məşqçi ola bilir.
“Fənərbaxça”nın futbolçusu Əmrə Bələzoğlu Türkiyədə məktəb tikdirmək istəyir. Braziliya yığmasının sabiq futbolçusu Kafu vətənində futbol məktəbi açıb. Bizdə hansı futbolçu bir layihə həyata keçirib?

Gürcüstanın ulduz futbolçusu Kaxa Kaladze ölkənin energetika naziri təyin olunur. Bizdə beləsi varmı?

Əkrəm Əylislinin “Daş yuxular” əsəri ölkədə geniş müzakirələrə səbəb oldu. Bir çox insanlar bu məsələdə öz fikrini ortaya qoydu. Ancaq heç bir futbolçu vətəndaş mövqeyi nümayiş etdirmədi. Heç mən inanmıram ki, onlardan hansısa bu əsəri oxuyub. Futbolçuların əksəriyyəti ölkədə yaşanan ictimai-siyasi proseslərdən bixəbərdilər”.