Gürcüstanda hakimiyyət böhranı – - Daha bir istefa

gurcustanda-hakimiyyet-bohrani-
Oxunma sayı: 1517


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Petriaşvili "Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm”- deyə öz son müsahibəsində bildirib.

Öz növbəsində yeni istefaya göndərilən keçmiş Müdafiə naziri də şikayətlənib. Alasaniya "Bu gün görünür ki, Gürcüstanın bütün qərbyönlü gücləri birləşməlidir. Bu gün biz partnyorlarımıza göstərməliyik ki, Gürcüstan cəmiyyəti qərbyönlü istiqamətdə birləşib, göstərməliyik ki, Ukraynada yaşanan təxribat Gürcüstanda keçməyəcək”- deyə bildirib.

Verdiyi müsahibədə Alasaniya həbs ediləcəyini də istisna etməyib. "Mən heç nəyi istisna etmirəm. Məni siyasi lider kimi həbs etmək istəyi varsa, qoy etsinlər”- deyə eks nazir bildirib.

Buna baxmayaraq Alasaniya istefaya göndərilməsində eks baş nazir Bidzina İvanişvilinin əli olmasının mümkünlüyünü şərh etməkdən imtina edib. Belə ki, ölkədə baş almış şaiyələrə görə İvanişvili işdən azad olsa da ölkəni idarə etməkdə davam edir.

Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Mergvelaşvili və Baş nazir də istefalar barədə münasibət bildiriblər. Onların hər ikisi müdafiə nazirinin istefaya göndərilməsinin NATO-ya inteqrasiya prosesində ləngimələrə gətirib çıxaracağını təkzib etməyib. Lakin Baş nazir istefaların davam edəcəyinin mümkünlüyünü qeyd edib.