Gürcüstanda insanlar ayağa qalxdı - Rezin güllələr atıldı + Video

gurcustanda-insanlar-ayaga-qalxdi
Oxunma sayı: 4292

Gürcüstanın Kaxetiya bölgəsinin Birkiani kəndində Pankisi dərəsində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 300-dək sakin hələ 2018-ci ildən tikilməsi nəzərdə tutlan 5,4 meqavat gücündə SES-in bölgə üçün ekoloji təhlükə yaradacağını və bu tikintinin onları evindən edəcəyini əsas gətirərək aksiya keçirir. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Polis mitinqçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Polis və sakinlər arasında xəsarət alanlar var. Onların sayının 27 nəfər olduğu bildirilir.

Etirazçılar hadisə yerinə daxili işlər naziri Georgi Qaxariyanın gəlməsini tələb edirlər.