Gürcüstanda matəm elan edildi

gurcustanda-matem-elan-edildi
Oxunma sayı: 6159

Paytaxt Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş vermiş partlayışda 4 nəfərin ölümü ilə əlaqədar Gürcüstanda yanvarın 17-nə matəm elan edilib.

“Qafqazinfo” “Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Mamuka Baxtadze qərar qəbul edib. Matəm günündə dövlət orqanlarının və diplomatik nümayəndəliklərin binalarında bayraqlar endiriləcək.

Xatırladaq ki, Diqomi rayonunun Aftandil küçəsində qaz sızması nəticəsində partlayış baş verən binanın dağıntıları altından 4 nəfərin cəsədi çıxarılıb, 5 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.