Gürcüstanda mədəndə qəza oldu

gurcustanda-medende-qeza-oldu
Oxunma sayı: 661

Gürcüstanın Tkibuli şəhərində “Mindeli” mədənində qəza olub.

“Qafqazinfo” “1tv.ge”yə istinadən xəbəe verir ki, hadisə nəticəsində 4 şaxtaçı ölüb, bir neçəsi isə xəsarət alıb. Ölkə DİN-nin mətbuat xidməti 4 nəfərin ölümünü təsdiqləsə də, yaralıların sayını açıqlamayıb. Qəzanın təfərrüatları barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu ilin aprel ayında da “Mindeli” şaxtasında uçqun olmuşdu və 3 nəfər dünyasını dəyişmişdi.


Aysel Kərimova