Gürcüstanda müsəlmanlarla polis arasında qarşıdurma - - Video

gurcustanda-muselmanlarla-polis-arasinda-qarsidurma-
Oxunma sayı: 1283

"Qafqazinfo"nun Anspress-ə istinadən verdiyi məlumata görə, Adigeni rayonunun Çala kəndində yerli icra nümayəndəliyi məscidin bir ay bundan əvvəl tikilmiş minarəsini sökmək istəyərkən məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb. 

Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri polis idarəsinə aparıb. 200 nəfər insan polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda, zədələnən minarənin bərpa olunmasını tələb edib.