Gürcüstanda müxalifət aksiya keçirir

gurcustanda-muxalifet-aksiya-kecirir
Oxunma sayı: 3551

Gürcüstanda parlament binasının qarşısında sabiq hakim partiya “Vahid milli hərəkat”ın təşkilatçılığı ilə Mixail Saakaşvilinin tərəfdarları aksiya keçirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, aksiya prezidentliyə namizəd olmuş Qriqol Vaşadzenin rəhbərliyi ilə keçirilir və ölkədə təcili parlament seçkilərinin təşkili tələb olunur. Vaşadze mitinq iştirakçıları qarşısında çıxış edərək prezident seçkiləri ilə bağlı səsvermənin nəticələrini tanımadıqlarını deyib:

“VMH və onu dəstəkləyən partiyalar təcili parlament seçkilərinin keçirilməsini tələb edir. Biz dinc yolla bu seçkilərin təşkilinə nail olacağıq”.