Gürcüstanda nazir dəyişikliyi oldu

gurcustanda-nazir-deyisikliyi-oldu
Oxunma sayı: 1317

Gürcüstanın baş naziri Mamuka Baxtadze iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliyanı vəzifəsindən azad edib.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, buna səbəb kimi Kobuliya ilə baş nazir arasında fikir müxtəlifliyinin yaranması göstərilir. Kobuliya 2018-ci ildən iqtisadiyyat naziri vəzifəsini icra edirdi.

Onun yerinə isə müavini Natiya Turnava təyin olunub.