Gürcüstanda neft anbarında güclü yanğın - Foto

gurcustanda-neft-anbarinda-guclu-yangin
Oxunma sayı: 1508

Gürcüstanın İmereti bölgəsində yerləşən Samtredia şəhərində neft anbarında güclü yanğın baş verib.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yerinə 14 yanğınsöndürmə-xilasetmə qrupu cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.