Gürcüstanda seçkilərdə 5 nəfər saxlanılıb - Yenilənib

gurcustanda-seckilerde-5-nefer-saxlanilib
Oxunma sayı: 2112

Bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçiriləcək mer seçkilərində 15 namizəd mübarizə aparacaq. 

Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar “ Gürcü arzusu demokratik Gürcüstan” partiyasından Zaur Darğallı, “ Vahid Milli Hərəkat ”dan Aqil Mustafayev, “ Təşəbbüs Qrupu”ndan  Əli Bədirov, “ Bakradze- Uqulava Avropalı Gürcüstan” partiyasından  Əhməd İmamquliyevdir. 

***

Seçkilər zamanı dələduzluq və itaətsizlik göstərən 5 nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər nazirinin müavini Natiya Mezvrişvili brifinqdə bildirib. Saxlanılanların əksəriyyəti Zuqdidi rayonundandır. Saxlanılanlar arasında hakim “Gürcü arzusu – demokratik gürcüstan” partiyasının nümayəndələri də var.